Namazı buraxıb yardım etmədiklərinə görə həyatını itirdi

Namazı buraxıb yardım etmədiklərinə görə həyatını itirdi backend

İstambulda yerləşən məscidlərin birində namaz vaxtı qəlb krizi keçirən şəxsə yardım edilmədiyinə görə o, həyatını itirib

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbulun Katıköy rayonundakı məscidlərin birində camaatın namaz qıldığı zaman onlardan biri ürək tutmasından yerə yıxılıb.

Ancaq yaşlı adamın bu vəziyyətə düşməsinə baxmayaraq məsciddəkilər namaz qılmağa davam ediblər.

“Haber Globalı“n məlumatına görə, yerə yıxılan yaşlı adam məsciddəkilərin gözü qarşısında ölüb.