ABŞ-ın hava hücumundan və raketdən müdafiə sistemlərinin Səudiyyə Ərəbistanına təşkil edilən hücumu dəf edə bilməməsi rüsvayçılıqdır. ABŞ kəfiyyatının hücumdan əvvəl heç nədən məlumatı olmayıb.
Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.“ABŞ-dan Səudiyyə Ərəbistanı, Ərəbistan yarımadasına yerləşdirilən müdafiə sistemləri, silahlanmaya, radarlara ayrılan pullar həmin raketlərin hədəfə çatmasına niyə əngəl ola bilmədi? Bütün bu “Patriot” sistemlərinin quraşdırılmasında anlam nə idi? Əgər biz ittihamları qəbul etsək, bu, ABŞ üçün daha böyük rüsvayçılıq olar. Onlar nəyə görə raketləri tuta bilmədiklərini açıqlamalı olacaqlar. ABŞ nəyə görə regiona bu qədər silah satdığını söyləməlidir. Niyə hücumun haradan təşkil edildiyini müəyyən edə bilmirlər? Niyə sübut göstərmirlər?” - Ruhani bildirib.