İsveç Krallığının iki şəhərindən birində ermənilərin uydurma "soyqırım"a abidə ucaltmasının qarşısı alınıb, digərində isə bununla bağlı məhkəmə işi başlayıb.
İsveç Türk Federasiyasının rəhbəri Həsən Döləkin APA-ya verdiyi məlumata görə, Södertelye (Södertalje) şəhərində bələdiyyənin saxta "soyqırım" abidəsinin qoyulmasına icazə verməsinə baxmayaraq, məhkəmə yolu ilə bu cəhdin qarşısı alınıb. O bildirib ki, ermənilər növbəti dəfə İsveçin iri şəhərlərindən biri olan Nörrköpingdə abidə ucaltmaq üçün rəsmi razılıq alıblar: “Şəhərin mərkəzində abidə ucaltmaq istəyirlər. Biz məhkəməyə müraciət etmişik. Əminəm ki, bu cəhdin də qarşısını alacağıq”.H. Dölək onu da əlavə edib ki, bu işdə Azərbaycan diasporu onlara yaxından dəstək verir.