Tezliklə, Gürcüstanın müstəqilliyi sona çata bilər.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.“Gələn aylar həlledici olacaq. Onları hakimiyyətdən uzaqlaşdırmaq lazımdır. Onları hakimiyyətdən dünən, srağagün, üç ay əvvəl, 1 il əvvəl uzaqlaşdırmalıydıq, amma sabah da gec deyil. Onlardan bütün lazımlı metodlarla yaxa qurtarmalıyıq. Bidzina İvanişvili gələcək seçkini uduzacağını bilir, ona görə də diktatura qurmaq niyyətindədir”, – deyə o bildirib.