Şimali İraqın Qəndil bölgəsində Cəmil Bayık, Murat Karayılanın da olduğu, təhlükəli terrorçuların yer aldığı "Qırmızı siyahı" ilə axtarılan Gülüzar Turalın zərərsizləşdirildiyi bildirilir
Qaziler.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK-nın mərkəzi sayılan Şimali İraqın Qəndil bölgəsində Türk Silahlı Qüvvələri və Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (Milli İstihbarat Təşkilatı) tərəfindən aparılan əməliyyatlar müvəffəqiyyətlə nəticələnir.Verilən məlumata görə, TSQ və MİT-in apardığı birgə əməliyyat zamanı məhv edilən binanın içərisində qırmızı kateqoriya üzrə aranan, qondarma PKK/KCK İca şurasının üzvü, "Pelşin Tolhildan" kod adlı Gülüzar Tural və "Dr. Jiyan Garzan" kod adlı Saliha Kaytarın da olduğu bildirilib.
Turalın PKK-ya 1993-cü ildə qatıldığı, bir müddət Ərzincan-Tunceli bölgəsində fəaliyyət göstərdiyi və təxribat təlimi aldığı məlum olub.
_1568198640.jpg)
Adı "Qırmızı siyahı"da olan digər terrorçular
Türkiyə Daxili İşlər Nazirliyinin "arananlar" siyahısındakı qırmızı kateqoriyada olan terrorçular 4 milyon lirə mükafatı ilə axtarılırlar:

