İngilis general: Rusiya “Böyük oyun”u bərpa edir

İngilis general: Rusiya “Böyük oyun”u bərpa edir backend

Rusiya “Böyük oyun”u bərpa edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının rəhbəri Patrik Sanders deyib.

Generalın fikrincə, Rusiyanın “Böyük oyun”u bərpa etməsi ehtimalına qarşı Britaniya hökumətinin fövqəladə komitəsi – Cobra fəallıq göstərməlidir.

“Hadisələrə dərhal reaksiya verəcək milli orqan olmalıdır”, - general bildirib.

Xatırladaq ki, “Böyük oyun” termini XIX-XX əsrin əvvəllərində Cənubi və Mərkəzi Asiyada hökmranlıq uğrunda Britaniya və Rusiya imperiyaları arasındakı geosiyasi mübarizəni xarakterizə edir.