Türkiyə və ABŞ hərbçiləri Suriyanın şimalında birgə patrul xidmətinə başlayıb.
Türkiyə və ABŞ-ın quru qoşunlarından ibarət birliklər Suriya ərazisində Fərat çayının şərqində birgə patrul xidmətinə başlayıb.Qaziler.az xəbər verir ki, ağır texnika, o cümlədən tank və toplardan ibarət qoşun birləşmələri iki ölkənin silahlı qüvvələrinin ali komandanlarının təmsil olunduğu Türkiyənin Şanlı Urfa bölgəsində fəaliyyət göstərən Birgə Hərəkət Mərkəzindən idarə olunur.
Əldə olunmuş razılığa əsasən Suriya ərazisində Türkiyə ilə sərhəd boyunca təhlükəsizlik zonası yaradılmalıdır.
Qeyd edək ki, Suriyanın şimalı PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin nəzarətindədir. Türkiyə ABŞ-ın dəstəklədiyi PYD/YPG bölmələrinin bölgədən çıxarılmasını və 30 km-ə qədər enlikdə təhlükəsizlik zonasının yaradılmasını tələb edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əks halda Türkiyə ordusunun həmin bölgəni terrorçulardan təmizləmək üçün hərbi əməliyyata başlayacağını bəyan edib.
Qaziler.az Türkiyə mətbuatına istinadən birgə patrul xidmətin videogörüntülərini təqdim edir: