Fransa albanları təhqir etdi, ermənilərdən üzr istədi

Fransa albanları təhqir etdi, ermənilərdən üzr istədi backend

Dünən Parisdə baş tutan Fransa-Albaniya futbol matçı zamanı maraqlı anlar yaşanıb.

Axar.az xəbər verir ki, “Stad de Frans” stadionunda baş tutan qarşılaşma zamanı Albaniya əvəzinə Andorranın himni səsləndirilib. Tezliklə bu ifa dayandırılıb və diktor azarkeşlərdən üzr istədiyini bildirib. Lakin fransızlar bu dəfə də səhvə yol verib. Diktor üzrxahlıq mətnində Albaniya yerinə Ermənistan ifadəsini işlədib.

Qeyd edək ki, görüş 4:1 hesabı ilə fransızların xeyrinə başa çatıb.