Türkiyə Rusiyadan alınan S-400 zenit raket komplekslərinin yerləşdirilməsini 2020-ci ilin baharında başa çatdıracaq.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.“Gələn il baharda sistemin yerləşdirilməsi başa çatacaq. Türkiyə ilə müqavilə yerinə yetirilir. İndi sistemin ikinci hissəsinin yüklənməsi gedir. Bir neçə həftə sonra onlar Türkiyədə olacaq”, - deyə D.Şuqayev bildirib.
Xatırladaq ki, uzaq məsafəli zenit-raket sistemi - S-400 “Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.