Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah, atası kimi infarktdan dünyasını dəyişib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Misirin "Masravi" qəzeti mənbələrə istinadən məlumat yayıb.Qahirədəki Əl-Vahat xəstəxanasındakı mənbənin məlumatına görə, 24 yaşlı Abdullah Mursi xəstəxanaya gətirilməmişdən ölüb.
Təhlükəsizlik orqanları hadisə barədə məlumatlandırılıb. Mursi ailəsinin vəkili Əbd əl-Manaam Əbd əl-Maksud, Misirin keçmiş prezidentinin ən kiçik oğlunun öldüyünü təsdiq edib.