İraqda Almaniyanın 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer) olmuş Adolf Hitlerin şərəfinə adlandırılan restoran qapadılıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, lövhələrin məhv edilməsi ilə bağlı “Kürdüstan 24“ nəşri video yayıb.Bildirilir ki, “Hitlerin restoranı“ adlı bu müəssisə İraqın Dahuk əyalətindədir. Sahibkarın bildirdiyinə görə, restoranın bu cür adlandırılması, yəni qərar-marketinq gedişi daha çox müştəri cəlb etmək məqsədi daşıyır. Lakin hökumət restoranın adının dəyişdirilməsi qərarını verib və müvəqqəti olaraq müssisəni bağlayıb. Videogörüntüdən də aydın olur ki, restoranın əməkdaşşları onun loqotipini və lövhədəki yazının bir hissəsini sökürlər.