Adı “Qırmızı siyahı”da olan təhlükəli terrorçu öldürüldü

Adı “Qırmızı siyahı”da olan təhlükəli terrorçu öldürüldü backend

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda həyata keçirilən hərbi əməliyyat nəticəsində adı “Qırmızı Siyahı”da yer alan terrorçunu məhv edib.

Türkiyənin Milli Təhlükəsizlik Nazirliyinin və Türk Silahlı Qüvvələrinin birgə keçirdiyi əməliyyat zamanı Şimali İraqın Hakurk bölgəsində zərərsizləşdirilən 5 terrorçudan birinin adı “Qırmızı Siyahı”da olan Nedim Karakulak olduğu məlum olub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, sentyabrın 2-də zərərsizləşdirilən PKK-lı beş terrorçudan biri - "Kawa Garzan" kod adlı Nedim Karakulak olduğu öyrənilib.

1992-ci ildən PKK-ya qoşulan Karakulağın 2013-cü ildən axtarışa verildiyi bildirilir.