Ankaranın Su-57-yə marağı siyasi deyil - Morozov

Ankaranın Su-57-yə marağı siyasi deyil - Morozov backend

Türkiyənin Rusiya istehsalı Su-57-lərə marağı Ankaranın milli maraqlarına və büdcəsinə uyğundur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü Oleq Morozov deyib. O bildirib ki, Ankaranın Rusiya istehsalı S-400 müdafiə sistemlərinə və Su-57 qırıcılarına marağı siyasi deyil, praqmatikdir:

"Bu gün Rusiya dünyada silah bazarında ikinciliyini qoruyur. Buna görə də silahlarımızın keyfiyyəti Türkiyə və NATO ölkələri də daxil olmaqla, bir çox ölkələrin marağını cəlb edir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün verdiyi açıqlamada Rusiyadan Su-57 qırıcılarının alınması ilə bağlı danışıqlar aparıldığını təsdiqləmişdi.