Rusiyanın Irkutsk şəhər məhkəməsində Suriyada döyüşmüş keçmiş hərbçi ilə bağlı hökm çıxarılıb
Qaziler.az "Kommersant"-a istinadən bildirir ki, Suriyadakı döyüşlərdə iştirak etdiyinə görə mükafatlandırılmış, qayıtdıqdan sonra alayın qərargahını partladan keçmiş hərbçi Aleksandr Novikov haqqında məhkəmə hökmü qüvvəyə minib.İrkutsk hərbi məhkəməsi bir qədər əvvəl Novikov haqqında xuliqanlıq və qanunsuz silah satışı maddəsi ilə 5 illik həbs qərarı çıxarmışdı. Şərqi-Sibir dairə hərbi məhkəməsinin apelyasiya instansiyası birinci instansiyanın qərarını tanıyıb.
Qeyd edək ki, 27 may 2018-ci ildə hərbçi təqsirini boynuna alaraq yazılı surətdə bildirib ki, partlayıcını təlim mərkəzindən götürüb və zarafat etmək istəyib. Sonradan ifadəsini dəyişərək öz hərəkətini komandanlığın hərbi hissənin uzaqmənzilli aviasiyada olan problemlərinə və hərbçilərin pis işlədiyinə diqqət çəkmək istəyi ilə izah edib. Problemlərin nədən ibarət olduğu haqda dəqiq məlumat verilmir.
Məhkəməyə az müddət qaldıqda isə Novikov bunu etiraf etməkdən imtina edərək bildirib ki, onu terrorizmə cəlb etmək istəyən FTX (Federal Təhlükəsizlik Xidməti) əməkdaşlarının təzyiqi ilə belə ifadə verməyə məcbur olub. Müstəntiqlər onun sözlərini təsdiq edə biləcək dəlil tapmayıblar.