Türkiyə ABŞ-a onsuz da yaşaya biləcəyini göstərdi.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Andrey Frolov Ankaranın Rusiya təyyarələrinə olan marağı ilə bağlı açıqlamasında deyib.O bildirib ki, Türkiyənin maraq göstərdiyi təyyarələr Rusiyanın ixrac edə biləcəyi ən modern olanlarıdır:
“Su-35 artıq davamlı olaraq istehsal və ixrac edilir, Su-57 gələcəklə bağlı bir layihədir. Çünki Rusiya Hərbi Hava Qüvvələri üçün belə davamlı şəkildə istehsal edilmir”.
Frolov qeyd edib ki, Türkiyə inventarını yeniləmə məsələsində F-35-ə ümid edirdi, lakin bəlli səbəblərdən bu təyyarələri ala bilmədi:
“İndi Türkiyə alternativ axtarır. Hazırda Türkiyənin əlindəki ən modern təyyarə F-16S-dir. Eyni zamanda Türkiyədə “Fantom” təyyarələri də mövcuddur”.
Ekspert onu da əlavə edib ki, Türkiyənin Avropa istehsalı IV nəsil təyyarələri əldə etmək istəməsi real görünmür.