Kremldə Rusiya, Almaniya və Fransa liderlərinin görüşü başlayıb

Kremldə Rusiya, Almaniya və Fransa liderlərinin görüşü başlayıb backend

Moskvada Rusiya, Almaniya və Fransa liderlərinin görüşü başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti fransual Olland Ukraynadakı vəziyyəti müzakirə edirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında ölkə başçıları arasında danışıqların üçlü formatda, nümayəndə heyətinin və hər hansı bir ekspertin iştirakı olmadan keçirildiyini bildirib.

Qeyd edək ki, Moskvaya səfərdən öncə Fransa və Almaniya liderləri Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüblər.
Diaspora