İran və Rusiyadan dəstək alan Əsəd qüvvələri Xan Şeyxun – Hələb sərhədində yerləşən 95 kilometrlik bir əraziyə hücum hazırlığına başlayıblar
Bu barədə "Yeni Şafak"a açıqlama verən müxalifətçi general Edib Şelaf Əsəd rejiminin bölgədə tarixin ən böyük qətliamına hazırlaşdığını bildirib.Edib Şelaf qeyd edib ki, Əsəd rejiminin hücuma hazırlaşdığı bu ərazi Suriyada adambaşına düşən insan sayının ən çox olduğu yerdir.
“Hələbin qərbində Leyramon, Xan Asel, Rəşidiyn kimi bölgələrə Əsəd qüvvələri çoxlu sayda hərbi qüvvə yerləşdirir. Bu bölgədə 900-dən çox yaşayış məntəqəsi və bir milyondan artıq vətəndaşımız təhlükə altındadır. Hazırlıqların sonuna doğru yaxınlaşıblar, bitəndə Rusiya hava qüvvələri bölgəyə yönəldəcək, ardınca silahlı hərbi qüvvələr bölgə yollanacaq”.
Türkiyə və Qətərdən başqa heç bir ölkənin bu insanlara yardım əlini uzatmadığını bildirən general Şelaf qərb ölkələrinin burdakı insanları taleyin ümidinə buraxdıqlarını söyləyir.
"Qərb ölkələrinin bu ölkəyə yardımları aylar öncə dayandırması onların da Rusiya, İran və Əsəd rejiminin çirkli oyununa qoşulduqlarının bariz sübutudur. Əgər bizə dəstək verilməzsə, 1 milyon insanın ölümü gerçəkləşəcək və bu bölgədə qızışan təhlükə Türkiyəyə də mənfi təsir göstərə bilər".
"2012-ci ildən bu yana Bab Əmir, Qusayr, Quta və Hələbdə qətliamlar törədən Əsəd rejimi yeni hazırladığı planla tarixin ən böyük qətliamına hazırlaşır"- deyən Şelaf bu qüvvələrə qarşı həftələrdir mübarizə apardıqlarını, lakin artıq böyük dövlətlərin dəstəyinə ümid etdiklərini bildirib.