ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Prezident Trampa Türkiyəyə qarşı S-400-lərlə bağlı sanksiya tətbiqinə dair çağırış edib.
Axar.az xəbər verir ki, bu məlumat komitənin Tvitterdəki hesabatında yer alıb.“Prezident Tramp, siz gərək Türkiyəyə qarşı S-400 alışıyla əlaqədar ABŞ qanunvericiliyinin tələb etdiyi kimi sanksiya tətbiq edəsiniz. Türkiyənin maraqlarına Kremllə yox, ABŞ-la tərəfdaşlıq xidmət edir”, - hesabatda bildirilib.