İran məktəblərində Azərbaycan dili tədris olunacaq

İran məktəblərində Azərbaycan dili tədris olunacaq backend

Bu ildən etibarən İranda azərbaycanlıların yaşadığı vilayətlərdə Azərbaycan dili tədris olunacaq.

Azvision.az xəbər verir ki, bu barədə İranın Təhsil naziri Məhəmməd Bəthai əmr imzalayıb.

Əmrə əsasən, ana dili təhsili öncə orta məktəbin 4-cü və 9-cu siniflərində tədris olunacaq. Dərslər həftədə 4-cü siniflərə 3 saat, 9-cu siniflərə 2 saat keçiriləcək.