İraqın Ramadi şəhərində törədilmiş partlayış nəticəsində 38 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze polis bazasının yerləşdiyi ərazidə minalanmış avtomobili partladıb.Həkimlər ölənlərin sayının artacağını istisna etmir. İraq rəsmilərinin məlumatına görə, hadisənin İŞİD qruplaşması tərəfindən təşkil olunduğu ehtimal olunur.