ABŞ ordusu 500 km-dən çox mənzilə sahib olan raketi sınaqdan keçirib.
Axar.az xəbər verir ki, Pentaqon San-Nikolas adasında baş tutan raket atışının uğurla icra edildiyini bildirib.Sputnik-in məlumatına görə isə modifikasiyası bəlli olmayan bu raket Yaxın və Orta Mənzilli Raketlərin məhvi anlaşmasında qadağan olunmuş raketlər siyahısındadır.
***
Sınaqdan keçirilən “Tomahavk” qanadlı raketi idi.
Bu barədə ABŞ ordusunun nümayəndəsi polkovnik-leytenant Robert Karver mətbuata açıqlamasında deyib.