Ərdoğan TANAP-ın tikintisi ilə tanış olacaq

Ərdoğan TANAP-ın tikintisi ilə tanış olacaq backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qars vilayətinə səfəri zamanı TANAP layihəsi çərçivəsində tikinti işləri, eləcə də digər layihələrlə tanış olacaq. Bunu Trend-ə vilayətin icra hakimiyyətindən deyiblər.

Türkiyə Prezidenti iyunun 2-də seçkiqabağı kampaniya çərçivəsində Qarsa səfər edəcək.

Qeyd edək ki, Transanadolu boru kəməri (TANAP) layihəsi Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr (31 milyard kubmetrədək artırma imkanı ilə) təşkil edəcək. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük olunacaq.
Diaspora