Yunanlar qorxuda: Türklər bu raketlərlə silahlandı

Yunanlar qorxuda: Türklər bu raketlərlə silahlandı backend

Türkiyə “Atmaca Blok–1” sualtı raketlərini səssiz şəkildə ordunun inventarına daxil edib.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın “Pronyus” qəzeti məlumat yayıb.

“Egeydə strateji dəyişiklik: Türkiyə “Atmaca Blok–1”-i işə salır” başlıqlı məqalədə 5 il ərzində sözügedən raketlərin türk donanması tərəfindən istifadə ediləcəyi bildirilib.

Qəzet “Atmaca Blok–1”-in RGM-84-ü əvəz edəcəyini vurğulayıb.

Məqalədə deyilir ki, yeni sistemlər dünyanın ən yaxşılarından sayılır və gəmidən gəmiyə, eləcə də gəmidən quruya çatmaq imkanına sahibdir.