"Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkilərində qələbə qazanacağı təqdirdə, ölkədə 6-dan çox nazirliyin ləğv ediləcəyi istisna olunmur".
Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.Nazirin sözlərinə görə, o da istisna edilmir ki, bir neçə nazirlik bir qurum altında birləşdirilə bilər.
Lakin M.Şimşək hansı nazirliklərin ləğv ediləcəyi, hansıların birləşdiriləcəyi barədə məlumat verməyib.