Almaniyadan xəbərdarlıq: Bu müharibədə qazanan olmaz!

Almaniyadan xəbərdarlıq: Bu müharibədə qazanan olmaz! backend

İdarəolunmaz gərginlikdə qazanan olmaz.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Hayko Maas İngiltərə və İran arasında yaşanan gərginliklə bağlı açıqlamasında deyib.

O bildirib ki, gərginliyin artması Yaxın Şərqə təsirsiz ötüşməyəcək:

“Regiondan Avropaya doğru xeyli insan qaçmaq məcburiyyətində qalar. Məqsədimiz baş verə biləcək müharibənin qarşısını almaqdır”.