Ermənistanın Baş naziri Ovik Abramyanın dünən Rusiyaya işgüzar səfəri çərçivəsində "Metsamor" AES-in istimar müddətinin uzadılması üzrə işlərin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu məqsədlə Rusiya Ermənistan hökumətinə kredit ayıracaq.Qeyd edək ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.