Rusiya: Ümumi daxili məhsul 4,2% azalıb

Rusiya: Ümumi daxili məhsul 4,2% azalıb backend

QAZİLER.AZ BBC-yə istinadla bildirir ki, Rusiya İqtisadi İnkişaf nazirliyinin məlumatına əsasən, Ümumi Daxili Məhsulun (ÜDM) azalması bu ilin aprel ayında 4,2 faiz təşkil edib.

Reuters agentliyi tərəfindən bir neçə ay əvvəl sorğu-sual edilmiş ekspertlər aprel ayı üçün ÜDM-in Rusiyada 2,8 faiz azalacağını proqnozlaşdımışdılar.

Nazirliyin saytında dərc edilmiş məlumata əsasən, bu ilin yanvar-aprel aylarında Rusiya iqtisadiyyatı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz azalıb.

Bir neçə ay bundan əvvəl Rusiya Baş naziri Dmitri Medvedev Qərbin tətbiq etdiyi sanksiyalara görə cari ilin ilk rübündə ölkə iqtisadiyyatının 2 faiz azaldığını etiraf etmişdi.
Diaspora