"Türkiyənin NATO-dan çıxması alyans üçün çox böyük itki olacaq" - Alman ekspert

"Türkiyənin NATO-dan çıxması alyans üçün çox böyük itki olacaq" - Alman ekspert backend

Türkiyə S-400 zenit-raket kompleksləri ilə bağlı yaranmış vəziyyətə görə NATO-dan çıxa bilər.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, S-400-lərin Türkiyəyə tədarükünü Rusiya prezidenti Vladimir Putinin "böyük qələbəsi" adlandıran alman nəşri "Focus Online" belə bir ehtimaldan yazıb.

Ekspert Tomas Eğerin fikrincə, S-400-lərə görə Vaşinqton Türkiyə əleyhinə sanksiyalar tətbiq etməyə məcbur olacaq. "Ankara da öz növbəsində hərbi-siyasi blokdan çıxmaqla sanksiyalara cavab verə bilər"- ekspert belə hesab edir.

"Alyans üçün bu, çox böyük geostrateji itki olacaq"- Eger belə yazır.