S-400-lərin Türkiyəyə tədarükü başladı

S-400-lərin Türkiyəyə tədarükü başladı backend

Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin (ZRK) Türkiyəyə tədarükünə başlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu gündən Türkiyənin Rusiyadan aldığı hava müdafiə sistemləri S-400-lərin ilk hissələri Ankaraya gətirilib.

Qeyd edək ki, Türkiyə Amerikanın bütün təhdidlərinə baxmayaraq Rusya ilə S-400-lərlə bağlı anlaşma əldə etdi.

Sistemin bütün hissələri Ankaraya gətirildikdən sonra Türkiyə S-400-ləri istifadəyə başlayacaq.