QAZİLER.AZ BBC-yə istinadla xəbər verir ki, özünü elan etmiş tanınmayan Donetsk xalq respublikasının (DXR) nümayəndəsi bildirib ki, ukrayna qoşunları ötən gün ərzində DXR tərəfdarları mövgeyini və yaşayış məntəqələrini 30 dəfə atəşə tutublar.
Atəş nəticəsində iki yerli sakin həlak olub.Ukrayna hərbiyyəsinin nümayəndələri öz növbəsində mövgelərinin DXR-in silahlı tərəfdarları tərəfindən minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulduğunu bildiriblər.
Ukrayna tərəfi iki hərbi qulluqçusunun atəş nəticəsində həlak olduğunu qeyd edib.
BMT-nin son məlumatına əsasən 6 mindən artıq insan Ukraynanın şərqində hərbi münaqişənin qurbanı olub.