Dünya şokda: Marsda quşlar yaşayır?

Dünya şokda: Marsda quşlar yaşayır? backend

ABŞ Aerokosmik Agentliyi 2012-ci ildən bu vaxta qədər Marsı araşdırır. Planetin araşdırılması zamanı çəkilən son fotolar isə xeyli səs-küyə səbəb olub.

Belə ki, Marsda gəzən robotun qeydə aldığı fotolar diqqəti çəkib və əksəriyyət bildirir ki, bu fotolarda qartala bənzər quş şəkli var. Həqiqətən də robotun Marsın səthində çəkdiyi fotolarda quşa bənzər obyekt görünüb.

Hətta bundan əvvəl də dünya mətbuatında Marsda canlı həyatın olması barədə iddialar yayılmışdı, bu cür obyekt göstərilmişdi.

Lakin bəzi alimlər iddia edir ki, həmin foto heç də Marsda deyil, bu planetin səthinə bənzər Kanadanın Devon adasında çəkilib, hansı ki, ora yalnız alimlər araşdırmaya gedir, insan yaşayışı yoxdur.

Digər iddialarda isə bildirilir ki, foto Marsa çəkilib, lakin həmin kameraya tuş gələn obyekt quş deyil, hansısa UNO-dur.

Musavat.com