Türkiyə PKK-nın sonunu gətirir - İngiltərədən PKK haqda sensasiyalı hesabat

Türkiyə PKK-nın sonunu gətirir - İngiltərədən PKK haqda sensasiyalı hesabat backend

İngiltərə mətbuatı Türkiyənin apardığı antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının düşdüyü vəziyyəti əks etdirən məqalə dərc edib.

Avropa.info xəbər verir ki, məqalədə intensiv hava və quru əməliyyatları ilə yox olma həddinə çatan PKK-nın son ümidini Suriyadakı qolu YPG-yə bağladığı qeyd olunub.

Türkiyə son illərdə milli və yerli imkanları ilə PKK-ya qarşı ölkə daxilində və xaricdə keçirdiyi əməliyyatlarla terror təşkilatını çökmə nöqtəsinə gətirib. Son dəfə İraqın şimalında yerləşən Hakurk bölgəsində keçirilən “Pəncə” əməliyyatı ilə terror təşkilatına böyük zərbə vurulub. Dünən Türkiyə Silahlı Qüvvələri tərəfindən Zap və Qara bölgələrində keçirilən hava reydləri zamanı 4 terrorçu zərərsizləşdirilib.

Beləliklə, əməliyyatın başladığı 27 maydan etibarən öldürülən terrorçu sayı 67-ə çatıb. Yenə “Pəncə” əməliyyatı çərçivəsində təşkilatın qərargahının yerləşdiyi Qəndilə qarşı zərbə əməliyyatları həyata keçirilib. Bunlardan ilki əməliyyatın başlamasından iki gün sonra MİT və TSQ-nın əməkdaşlığı ilə terror təşkilati lideri Cemil Bayıkın ən yaxın adamların biri Rza Altun və adamlarının vurulması oldu. Bir gün əvvəl isə MİT və TSQ-nin birgə əməliyyatı ilə PKK-nın sədr aparatı və idarə şurasının üzvü Diyar Qərib Məhəmməd öldürüldü.

İngiltərə mətbuatının yaydığı hesabatda “Bu səbəbdən həm Türkiyə sərhədləri daxilində, həm də sərhəd xaricində xüsusilə İraqda PKK-nın fəaliyyət qabiliyyətinin azaldığı və təşkilatın getdikcə kiçildiyi” bildirilir.

PKK-nın qədərinin terror təşkilatının Suriya qolu YPG-yə bağlı olduğu qeyd edilən hesabatda “YPG-nin Suriyadakı varlığını və statusunu qorumağa davam etməsi halında PKK-nın yaşamaq şansının olduğu” bildirilir.