QAZİLER.AZ BBC-yə istinadla bildirir ki, Misirdə keçmiş prezident Hüsnü Mübarəkin yeni buraxılmış partiyasının əsas qərargahlarının sökülməsinə başlanılıb. Qahirədə Tahir Meydanının yanında yerləşən bina 2011-ci ildə üsyançılar tərəfindən yandırıldıqdan sonra Mübarək devrilmişdi. Misir hökuməti aprel ayında bu addımı təsdiqləyərək torpaq sahəsinin qonşuluqda yerləşən Misir Muzyinə veriləcəyini bildirib. Mübarəkin Milli Demokratik Partiyası 2011-ci il aprel ayında buraxılıb. Partiyanın aktivləri və Nil çayı ətrafındakı qərargahı müsadirə edilib.
Mübarək ötən ayın əvvəlində korrupsiya ittihamları ilə 3 il azadlıqdan məhrum edilib.Onun iki oğluna da eyni ittihamlarla 4 il həbs cəzası verilib.
İyunda Misir Ali Məhkəməsi Mübarəkə qarşı qətl ittihamları üçün məhkəmə proseslərinə icazə verilməsinə qərar verəcək.