Rustavi-2-də Putinin söyülməsinə Rusiyadan reaksiya

Rustavi-2-də Putinin söyülməsinə Rusiyadan reaksiya backend

Gürcüstanla münasibətlərimizdə gözlənilməz və qeyri-adekvat ekstremizmdən olduqca narahatıq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev Rustavi-2 telekanalının efirində ölkə başçısı Vladimir Putinin ünvanına səsləndirilmiş xoşagəlməz sözlərlə bağlı danışarkən deyib.

“Gürcüstan və Rusiyanın gələcəyi var. Hər iki ölkə bunun öhdəsindən gələ biləcək”, - Kosaçev bildirib.