Türkiyədə PKK terrorçularına məxsus cəbbəxana aşkarlanıb

Türkiyədə PKK terrorçularına məxsus cəbbəxana aşkarlanıb backend

Türkiyənin Hakkeri vilayətinin Yüksekova rayonu ərazisində PKK terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.

Xezerxeber.az xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində PKK-ya məxsus böyük cəbbəxana aşkar olunub. Bildirilir ki, Cümhuriyyət məhəlləsində yaşıllıq ərazidə gizlədilən cəbbəxanadan çoxlu sayda silah və sursat, o cümlədən tank əleyhinə mərmilər və qumbaralar götürülüb.

Sırnak bölgəsindəki Gabar dağı ətəklərində isə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə keçirilmiş əməliyyatda 2 terrorçu məhv edilib.