PKK terror təşkilatının liderlərindən biri öldürüldü

PKK terror təşkilatının liderlərindən biri öldürüldü backend

O, Türkiyə Silahlı Qüvvələri və Milli Təhlükəsizlik Təşkilatının (MİT) birgə keçirdiyi antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilib.

PKK/KCK terror təşkilatının aparıcı şəxslərindən olan Diyar Qarip Muhammed Türkiyə Silahlı Qüvvələri və Milli Təhlükəsizlik Təşkilatının (MİT) birgə keçirdiyi antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Uğurlu əməliyyat Qəndil bölgəsinin Kortek rayonunda həyata keçirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Halmat Diyar" kod adlı, 1973-cü il Iraqın Süleymaniyyə bölgəsində doğulan Diyar Qarip Muhammed, 1992-ci ildə qatıldığı terror təşkilatı PKK/KCK-nın sözdə rəhbərlik məclisinin 7 üzvündən biriydi.