Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın sədri Murad Çətinqayanı postundan uzaqlaşdırmasının səbəblərini açıqlayıb.
Azvision.az -ın məlumatına görə, Ərdoğanın qərarında Çətinqayanın lazım olanı etməməsidir.Millət vəkilləri ilə keçirdiyi görüşdə Ərdoğan bildirib: “Ona dəfələrlə faizi endirmək lazım olduğunu söylədik. "Faiz aşağı olarsa, infilyasiya aşağı düşər dedik". O, lazım olan etmədi. Eyni mövqedə deyildik”.
Qeyd edək ki, Ərdoğan Mərkəzi Bankın sədri Murad Çətinqayanı ötən gün imzaladığı fərmanla vəzifəsindən uzaqlaşdırıb.