ABŞ İrana şans tanımayacaq, İsrail isə... - Savaş ssenarisi

ABŞ İrana şans tanımayacaq, İsrail isə... - Savaş ssenarisi backend

ABŞ-İran müharibəsı artıq gedir.

Axar.az xəbər verir ki, bunu “Haqqin.az”a müsahibəsində İsrail eksperti Tal Pavel deyib.

“Müharibə elan etmək vacib deyil. O, artıq fərqli istiqamətlərdə - iqtisadi, informasiya, texnologiya sahələrində gedir. Hələlik sadəcə qurban yoxdur. Bu müharibə hər dəqiqə qaynar fazaya qədər böyüyə bilər. ABŞ-ın regionda çox güclü hərbi qruplaşması yerləşib və hərbçilər yalnız əmr gözləyirlər. Unutmayaq ki, ABŞ səmada hər zaman güclü olub. Onlar İran hava hücumundan müdafiə sistemlərinə heç bir şans verməyəcəklər. İsrailə gəlincə isə o, hər zaman İran məsələsində ABŞ-ın yanında olub. Düşünmürəm ki, İsrail kənarda qalacaq”, – deyə o bildirib.