ABŞ-ın Klivlend şəhərində üç nəfər atışma nəticəsində ölüb. QAZİLER.AZ-ın Ria Novostoyə istinadla verdiyi xəbərə görə, Silahlanmış şəxs ABŞ –ın şəhəri olan Klivlendin qərbindəki evlərdən birinə daxil olaraq 24-yaşlı rəfiqəsini , 63-yaşlı babasını, sonra isə özünü öldürüb.
Hadisə bazar günü axşam baş verib. Qızın nənəsi, silahlanmış şəxsə mane olmaq istəyərkən başından yaralanıb. Hal-hazırda 60 yaşlı qadın xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır olaraq qiymətləndirilir.“ Çox güman edilir ki, hadisəyə səbəb silahlanmış şəxslə və onun rəfiqəsinin arasında olan konflikt olub.”-bu barədə polis rəisinin müavini Ed Tomba məlumat verib.
Polis hadisəylə əlaqədar istintaq başladıb.
QAZİLER.AZ Aydan Əlizamanlı