Kolumbiyada 400 min adam işıqsız qaldı

Kolumbiyada 400 min adam işıqsız qaldı backend

QAZİLER.AZ Evronyus-a istinadla xəbər verir ki, Kolumbiyada terror aktı nəticəsində 400 min nəfər işıqsız qalıb. Terrorun baş vermə faktı hərbi təyyarələrin hadisə yerinə gətirilməsindən sonra təsdiqlənib. İndi Energia del Pacifico SA ilə birlikdə hərbiçilər elektrik təchizatını bərpa etmək üçün çalışır.

Yerli hökümətin rəyinə görə, 400 mindən çox adam Kolumbiya İnqilabçı Silahlı Qüvvələri tərəfindən təşkil olunan terror aktı nəticəsində bazar günü elektriksiz qalıb.

Hərbiçilərin məlumatına görə, qəzaya Valle del Kauka departamentində İnqilabçı silahlı qüvvələri tərəfindən yüksək gərginlikli elektrik xətlərinin məhv edilməsi olub. Bu xətt ölkənin Sakit Okean sahilində əhəmiyyətli bir liman olan Buenaventura şəhərini elektrik enerjisi ilə təmin edirdi.

QAZİLER.AZ - Aydan Əlizamanlı
Diaspora