Məhkəmə Saakaşvilinin partiyasının Rada seçkilərində iştirakına icazə verib

Məhkəmə Saakaşvilinin partiyasının Rada seçkilərində iştirakına icazə verib backend

Ukrayna Ali Məhkəməsi Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin partiyasının Ukrayna Radasına seçkilərdə iştirakına icazə verib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində qeyd edib.

"Biz məhkəmədə qalib gəldik və seçkilərdə iştirak edəcəyik",-deyə M.Saakaşvili bildirib.