Tiflisdə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb

Tiflisdə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb backend

Tiflisdə iyunun 20-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi aksiya zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tiflis Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Saxlanılan şəxslər 4 günlük inzibati həbs cəzası çəkiblər. Onlar məhkəmə zalından sərbəst buraxılıblar.

Məhkəmə 41 nəfərdən ikisinin günahsız olduğunu üzə çıxarıb.

Qeyd edək ki, iyunun 20-də keçirilən kütləvi aksiya zamanı 305 nəfər saxlanılıb. Tifisdə davam edən kütləvi etiraz aksiyalarının tələblərindən biri həmin şəxslərin hamısının azadlığa buraxılmasıdır.