İranda Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən və ABŞ-ın xeyrinə casusluq edən ölkənin müdafiə sahəsinin əməkdaşı edam olunub.
Modern.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin məhkəmə təşkilatı məlumat yayıb.Edam edilən şəxs 2010-2011-ci illərdə MKİ ilə əməkdaşlıq edən Cəlal Hacı Zavardır.
Məlumata görə, müqavilə əsasında Müdafiə Nazirliyində işləyən və ABŞ hökumətinin xeyrinə casusluq edən keçmiş əməkdaşın asılması barədə qərar icra olunub.