Ermənistanın müdafiə naziri Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryan "Qraparak" qəzetinin jurnalistlərini məhkəməyə verib. Bu il mayın 21-də qəzetdə "İctimaiyyət bilmək istəyir" adlı məqalə dərc edib. Məqalədə Ruzannanın hansısı dostunun maşınında səyahətə çıxmasındən bəhs edilir. Səyahət qəza və insan ölümü ilə başa çatıb.
Müdafiə nazirinin arvadının vəkili hansısa Karen Meclumyan mətbuat konfransında çıxış edərək bildirib ki, dərc olunan material başdan ayağa yalan və böhtandır. Amma o nəyin - Ruzannanın hansısa dostu ilə səfərə çıxmasının, yoxsa qəzanın və ya ölümün yalan olduğunu dəqiq bildirməyib."Buna görə biz qəzetə müraciət edib təkzib etmələrini və üzr istəmələrini istəmişik. Amma mayın 23-də bu qəzet erməni saytlarına istinadən ikinci materialı dərc etdirib. Buna görə də biz məhkəməyə müraciət etməyi qərara aldıq", - deyə vəkil vurğulayıb.
Məqalənin müəllifi özü mətbuat konfransında olub və bildirib ki, qəzet xüsusi istinadı ilkin mənbəyə edib, amma vəkil onun sözünü kəsib və bildirib ki, həmin sayt saxtadır.
Erməni müdafiə nazirinin ailəsinin ətrafında baş vermiş qalmaqal güclənməkdədir. Məlum olub ki, Seyran Ohanyan arvadı ilə bağlı yazılan tənqidi materiallar barədə ölkənin baş nazirinə müraciət edib. Jurnalistlər hesab edirlər ki, Ohanyan ailəsi məhkəməni udacaq, çünki gözəlçənin əri prezident Serj Sarkisyanın yaxın dostudur.
Amma burası dəqiqdir ki, Ruzanna müəyyən müddət avtomobil səyahətlərini davam edəcək, bəlkə də, yeni dostla, kim bilir.