Yaponiyada güclü zəlzələ

Yaponiyada güclü zəlzələ backend

Yaponiyada güclü zəlzələ baş verib. QAZİLER.AZ xəbər verir ki, bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir. Yaponiya Meteoroloji Agentliyinin məlumatına görə, bu gün Sakit okeanda, paytaxt Tokiodan cənubda yerləşən Oqasavara adasının yaxınlığında 8,5 bal gücündə zəlzələ olub.

Bundan əvvəl elan olunmuş Sunami təhlükəsi ləğv edilib.

Yeraltı təkanlar Yaponiyanın bütün ərazisində hiss olunub.

"Japan Railway" şirkətinin məlumatına əsasən, güclü zəlzələ Tokio və Osaqo arasında sürət qatarlarının hərəkətinin qismən dayanmasına səbəb olub.

Dağıntılar barədə məlumat verilmir.
Diaspora