İran PUA-nı vurdu, ABŞ isə...

İran PUA-nı vurdu, ABŞ isə... backend

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-ın kəşfiyyat pilotsuz uçan aparatını məhv edib.

Axar.az xəbər verir ki, bu məlumatı SEPAH-ın mətbuat xidməti yayıb.

ABŞ PUA-sının İranın cənubundakı Hörmüzqan ostanında məhv edildiyi bildirilib. SEPAH vurulan PUA-nın modelinin "Global Havk" olduğunu və onun İran hava məkanını pozduğunu açıqlayıb.

***
ABŞ Mərkəzi Komandanlığı İran ABŞ pilotsuz uçan aparatı ilə bağlı məlumatını təkzib edib.

CENTCOM nümayəndəsi Bil Urban pilotsuz uçan aparatlarının İran ərazisinə daxil olmadığını bildirib.