Şırnaqda böyük əməliyyat: 8 terorçu məhv edildi

Şırnaqda böyük əməliyyat: 8 terorçu məhv edildi backend

“Şırnaqda böyük bir əməliyyat həyata keçiririk. Övladlarımız önəmli uğura imza atıblar”.

Azvision.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Sülryman Solu deyib.

O bildirib ki, əməliyyat bu gün səhər saatlarında başlayıb: “Bu səhər 8 terrorçunu zərərsizləşdirdik. Ağır yaralanan bir övladımızın həyatını xilas edə bilmədik. Ancaq 8 terrorçunun öldürülməsi önəmlidir”.

Nazir qeyd edib ki, son 1 ayda həyata keçirilən əməliyyatlarda 100-dən artıq terrorçu zərərsizləşdirilib. Onun sözlərinə görə, bu ilin əvvəlindən 49-dan çox “yüksək rütbəli” terrorçu ələ keçirilib.