Pakistanda terrorçular yolda saxlatdırdıqları iki sərnişin avtobusunu gülləbaran ediblər.
QAZİLER.AZ-ın "Euronews"a istinadən verdiyi məlumata görə, sərnişinlərdən 19 nəfəri ölüb, bir nəfər yaralanıb.Girov götürülənlər də var. Sonradan onların beşi sərbəst buraxılıb. Terrorçular aradan çıxıblar.
Bəlucistan əyalətinin hüquq-mühafizə orqanları basqınçıların 20 nəfər olduğunu ehtimal edirlər. Hadisə ilə bağlı məsuliyyəti hələlik heç bir terror təşkilatı üzərinə götürməyib.
Xatırladaq ki, 17 gün əvvəl ölkənin Kəraçi şəhərində də analoji hadisə yaşanmışdı. Həmin hadisədə 46 nəfər öldürülmüş, 15 nəfər yaralanmışdı. Məsuliyyəti isə İŞİD üzərinə götürmüşdü.