“Pəncə hərəkatı” - 51 terrorçu zərərsizləşdirilib

“Pəncə hərəkatı” - 51 terrorçu zərərsizləşdirilib backend

İraqın şimalında həyata keçirilən “Pəncə hərəkatı” ilə bağlı yeni statistik məlumatlar açıqlanıb.

Azvision.az Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, əməliyyat çərçivəsində indiyədək 51 terrorçu zərərsizləşdirilib.

Hazırda əməliyyatların uğurla davam etdirildiyi bildirilib.

Qeyd edək ki, İraqın şimalında 27 may 2019-cu il tarixindən etibarən “Pəncə hərəkatı”na başlanılıb. Məqsəd bölgədə terrorun kökünü kəsməkdir.