Ərəb nazirdən PKK-ya dəstək: Tayfalarla görüş

Ərəb nazirdən PKK-ya dəstək: Tayfalarla görüş backend

Səudiyyə Ərəbistanının Körfəz Əlaqələri naziri Tamer əl-Şaban Suriyada YPG-nin nəzarətində olan bölgələri ziyarət edərək ərəb tayfalarından qruplaşmaya dəstək vermələrini istəyib.

Axar.az xəbər verir ki, ərəb nazir İŞİD-ə qarşı koalisiyasını təmsilçisi Uilyam Robak ilə Deyr əz-Zor mahalının Əl-Ömər neft sahəsinə gəlib.

Şaban tayfa nümayəndələri ilə keçirdiyi toplantıda onlardan YPG-yə dəstək vermələrini istəyib.

Nazir həmçinin Türkiyə və Qətərin yaxınlaşması məsələsində iştirakçılara xəbərdarlıq edib.

Qeyd edək ki, ərəb nazir bundan öncə də bir neçə dəfə YPG-nin nəzarətində olan bölgələrə səfər edib